“Qalib xalqın müzəffər Prezidenti İlham Əliyev”. YAP Kəlbəcər rayon təşkilatı tərəfindən reallaşan konfrans bu mövzuda olub. İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı baş tutan tədbirdə 2003-cü ildən ötən dövr ərzində Heydər Əliyev kursunun davam etdirilməsinə diqqət çəkiblər. İlham Əliyevin dövlət başçısı kimi daxili və xarici siyasətinin Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına qaldırdığı vurğulanıb. Ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edən bu siyasətin Vətən müharibəsində zəfər qazandırdığına diqqət çəkilib.
Həbib Misirov- YAP Kəlbəcər rayon təşkilatının sədri: “Bu gün Kəlbəcərimizdə, Qarabağımızda böyük quruculuq işləri gedir. Sevindirici haldır ki, Qarabağda, Şərqi Zəngəzurda başlanılan köç 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Kəlbəcərə ilk əhalinin köçü başlayacaqdır. Cənab prezident Kəlbəcərdə olubdur. Kəlbcərdə böyük yol, elektrik infrastrukturu yenidən qurulubdur. Kəlbcər şəhərinin təməli qoyulubdur. Həmçinin möcüzəvu İsti sunun da təməlləri qoyulubdur. Cənab prezidentin rəhbərliyi ilə Kəlbəcərin 3 kəndinin də təməli qoyulubdur”.
- Baxış: 233