Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə şəhərə daha 22 ailə - 62 nəfər köçürülüb. Ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin edilir.
Gülzar Mehralıyeva - keçmiş məcburi köçkün: "Bizim ən böyük arzumuz idi bu. Düzdür, həm sevinirəm, həm qəhərlənirəm".
Elnarə Abbasova - keçmiş məcburi köçkün: "Füzuli bizimdir deyilən bir şüarda, o gündən mən böyük xəyallar qurub illərdir əziyyətini çəkib bəhrəsini gördüyüm işimi Füzuli şəhərində bərpa edib, fəaliyyətimi davam edəcəm".
Laura Paşayeva - keçmiş məcburi köçkün: "İndi sevincimin həddi-hüdudu yoxdur. Şükür o günü gördüm ki, mən, Füzuliyə qayıdıram".
- Baxış: 189