• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 12.10.2023 17:26

Kanalizasiya kollektoru xətləri çəkilir

KepezTV Player

Gəncədə su-kanalzasiya layihəsinin icrasının ikinci mərhələsi yekunlaşmaq üzrədir. Bu mərhələdə yeni kanalizasiya kollektorunun çəkilişi də nəzərdə tutulub ki, artıq onun tikintisinə başlanılıb. Kollektor çirkab suların təmizləyici qurğuya axıdılmasını təmin edəcək. 

Sentyabırın ortalarından başlayaraq tullantı sularının təmizlənməsi üçün kollektor xətlərinin çəkilişinə başlanılıb. Çirkab suları təmizləyici qurğuya daşımaq üçün ümumi uzunluğu 4 km olan dəmir-beton borular çəkilib. Kollketor xətləri Samux rayonu ərazisində inşa olunacaq tullantı sularının təmizlənməsi üçün qurğuya birləşdiriləcək. Qurğu sutkada 110 min kubmetr suyu təmizləmək gücünə malikdir.

Rahib Aslanov- “Azərsu ASC”-nin mühəndisi: “Hazırda Üzeyir Hacıbəyov prospektində diametri 800 mm olan dəmir beton kollektor xəttinin icrası işləri davam etdirilir. 1,6 km-i artıq çəkilib və 2,4 km-i 1000 mm və 1200 mm olan kollektor xətti işi davam etdiriləcəkdir. Gəncə şəhərinin Azərbaycan küçəsi ərazisində 1200 mm-lik kanalizasiya xətti mövcud 1400 mm-lik kanalizasiya kollektoruna birləşəcəkdir”.

Kollektor xətlərinin çəkilişi ilə yanaşı əsasən şəhərin mərkəzi 20-yə yaxın küçələrində su və kanalizasiya xətlərinin də çəkilişi davam edir. İkinci mərhələ çərçivəsində  ilin əvvəlindən indiyə kimi 600 abonentin evinə içməli su xətti çəkilərək sayğaclar quraşdırılıb. 500 abonentin kanalizasiya xətti əsas magistrala qoşulub”.

Surxay Məmmədov- sakin: “Həftədə bir dəfə deyirdik ki, gəlin kanalizasiya tutulubdur. Köhnə SSR-nin vaxtından qalan idi. İndi dünya standartlarına uyğun kanalizasiya çəkilir. Həmçinin su da çəkilir”.

Qaratel Qurbanov- sakin: “Kanalizasiya xəttimiz var, ancaq suyu ayrı xətdən götürmüşük. Suyu satın alırıq, ancaq o su da içiləsi deyil. İstəyərdim ki, biz tərəfə də su çəkilsin”.

Şəfiqə Qənbərova- sakin: “Suyumuz çətinliklə verilir, ağ suyumuz da yoxdur. Biz də istiyərdik ki, ağ suyumuz olsun. İndi çəkirlər, sakin kimi razıyıq”.

Elçin Sadıqov- sakin: “Su çətinlik yaradırdı, artezian suyu idi. Motor tez-tez xarab olurdu. İndi ağ su çəkilir yaxşı olacaqdır, razıyıq. Ancaq yollarımızı da düzəltsələr yaxşı olacaqdır. İşlər gedir, su-kanalizasiya xətləri çəkilir”.

Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün hazırda Göygöl və Qızılqaya su anbarlarından istifadə olunur. Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması üçün isə xətlərin çəkilişinə hələ başlanılmayıb. Şəhərin 2035-ci ilədək perspektiv inkişafı nəzərə alınmaqla 450 min nəfər icra olunan layihədən faydalanacaq.

Elnur Vahidoğl