Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların yeni dünya reytinqini açıqlayıb. 414 komandanın yer aldığı siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb. Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” , “River Pleyt” “Çelsi”, “Tottenhem” , “Atletiko” və “Marsel” kimi klublar da var. “Sabah” və “Neftçi”, əksinə, geriləyiblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib. Dünya reytinqinə 304 xalla İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” başçılıq edir. İspaniya təmsilçisi “Real” 291 əmsalla ikincidirsə, İtaliya “İnter”i 254 xalla üçüncü yerə yüksəlib.
- Baxış: 281