KepezTV Player
Rusiya sülhməramlıları kontingenti Əsgəranda müşahidə məntəqələrini bağlayıblar. Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb. Rusiya Müdafiə Nazirliyinin bülletenində, həmçinin deyilir ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.
- Baxış: 307