“Bu gün Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Fransaya potensial vasitəçi kimi olan etibarı sıfıra bərabərdir”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radiofrance”a müsahibəsində deyib ki, Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kəs hətta nəzəri cəhətdən belə Parisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. E.Əmirbəyov vurğulayıb ki, Fransanın məsuliyyətsiz addımı təkcə onun “sülhməramlı” olmaqla bağlı böyük iddialarını heçə endirmir. Regionu hərbi qarşıdurma ilə bağlı yeni təhlükəli vəziyyətə çatdırır, həm də Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və təcavüzə sövq edir.
- Baxış: 171