"Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib və delimitasiya olunmayan sərhəddə Azərbaycanın qüvvələrinin yerləşdiyi ərazilərin Ermənistana məxsus olduğunun iddia edilməsi heç bir məntiqə sığmır". Xarici İşlər Nazirliyinin Fransa Prezidenti Emmanuel Makronun Qranadada mətbuat konfransı zamanı səsləndirdiyi iddialara dair şərhində belə deyilir. Həmçinin bildirilir ki, Fransa Prezidentinin Azərbaycan və Türkiyənin Qranadadakı tədbirdə iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir. İştirakçıların hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Makronun bu məsələdə yalan məlumatlar yayması dövlət başçısına yaraşmayan yanaşmadır. Azərbaycanla təzyiq dilində danışmağın mənasız və qəbuledilməz olduğu vurğulanıb.
- Baxış: 182