KepezTV Player
Bu gün günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. MN-nin məlumatına görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda cinayət işi başlanılıb.
- Baxış: 165