• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 27.09.2023 13:25

Antiterror tədbirlərində 192 hərbçi, 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb

KepezTV Player

Silahlı Qüvvələrimiz tərəfindən 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Lokal antiterror tədbirləri zamanı 192 hərbi qulluqçusu şəhid olub. Şəhid olanlardan 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır, 1 nəfər də mülki şəxsdir. 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək. Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçu və 1 mülki şəxs yaralanıb. Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin.