Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın suveren torpaqlarında həyata keçirilmiş antiterror tədbirlərlə bağlı göstərilən dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlığını bildirib. O, bu barədə Türk Dövlətləri Təşkilatının XİN başçılarının Nyu-Yorkda keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib. Nazir həmkarlarına Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirləri barədə məlumat verib.
- Baxış: 233