• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 18.09.2023 12:14

Qarabağa Ağdam və Laçından humanitar yük daşınıb

KepezTV Player

Bu gün səhər Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri Ağdam-Xankəndi yolu ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə ərzaq və tibbi ləvazimatlar aparıb. Eyni zamanda Laçın-Xankəndi marşrutu üzrə də humanitar yükün daşınması təmin edilib. Ölkə qanunvericiliyinin tələblərinə riayət olunmaqla Laçın buraxılış məntəqəsində yüklər yoxlanıldıqdan sonra Xankəndinə yola salınıb. Ümumilikdə 2 yük maşını təyinat məntəqəsinə çatıb. Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə olunması uzun müddətdir Azərbaycan tərəfindən təklif olunurdu. Hətta əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.