• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 14.09.2023 17:00

Bakıda qadın boğularaq öldürülüb, həyat yoldaşı saxlanılıb

KepezTV Player

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.