• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1544
— 10.06.2023 20:32

294 müharibə iştirakçısına vəsiqə verildi

KepezTV Player
Vətən müharibəsində iştirak edən qəhrəman oğullara veteranlıq vəsiqələri bu dəfə Kəlbəcər rayonunda qeydiyyatda olanlar üçün təqdim olunub. Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları tədbirdə iştirak ediblər. Savaş meydanında qazanılan tarixi qələbədən söz açılıb, şəhid olmuş döyüşçülərin ailə üzvlərinə, qazi və hərbçilərə göstərilən dövlət qayğısından danışılıb. Onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər sadalanıb. Vətən müharibəsində Kəlbəcərdən 38 nəfər şəhid olub, 45 nəfər isə sağlamlığını itirib. İlkin mərhələdə rayon üzrə 619 nəfər müharibə iştirakçısından 294-ə vəsiqələri təqdim edilib.
Rizvan Şəmilov- veteran: "Müzəffər Ali Baş Komandana təşəkkürümüzü bildiririk ki, biz döyüşçülərin kiçik əməyinə böyük dəyər verib. Vəsiqələr təqdim edilir. Hər kəsə təşəkkür edirik. Yenə də vətənə çağırış olsa getməyə hazırıq. Bir zabit olaraq yenə də öz bilik və bacarıqlarımızı döyüş meydanlarda göstərməyə hazırıq".