• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 13.05.2023 16:34

Ağcabədi və Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub

KepezTV Player
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurban Cəbi Oğlu Alıyev, onun əmisi oğulları Elçin Əhməd oğlu Alıyev və 1994-cü il təvəllüdlü İlkin Əhməd oğlu Alıyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
 
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib
 
Ağcabədidə ağır yol nəqliyyat hadisəsi baş verib. Olay rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə olan ər və arvadın meyitini çıxararaq adiyyatı üzrə təhvil verib. Faktla bağlı araşdırma aparılır.