Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş spartakiada keçirilib. Yarışın açılış mərasimi Gəncə şəhəri 28 nömrəli orta məktəbin idman zalında baş tutub. Ali və orta ixtisas təhsili məktəblərinin tələbələrinin iştirak etdiyi spartakiadada qaliblər 7 idman növü üzrə müəyyənləşiblər. Finalda qalib komandalar ölkədaxili yarışlarda şəhərimizi təmsil edəcək.
Vüqar Xəlilov- Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində idman sektorunun müdiri: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti ölkəmizdə uğurla həyata keçirilir. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi olaraq biz artıq ənənə halını almış tələbə sağlamlıq spartakiadasına start vermişik. Bildiyimiz kimi, ölkəmizdə Heydər Əliyev ili elan olunmuşdur. Bu il də Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş spartakiada tələbələr arasında universitet, kollec, peşə məktəbləri və peşə liseyləri arasında keçirilir. Bu keçirilən yarışda voleybol basketbol, mini futbol, şahmat, dama, stolüstü tennis və atletika yarışlarında tələbələr iştirak edir. Yarışlarda qız və oğlanlardan ibarət komandalar vardır. Artıq bildiyimiz kimi, tələbələr arasında bu oyunlara maraq artmışdır və tələbələr arasında böyük coşqu ilə dinlənilir. İdmançılar arasında həqiqətən də potensial var. İnşallah, ümid edirəm ki, universitetlər arasında güclü komandalar müəyyən ediləcək və şəhərimizin komandası müəyyən ediləcək”.
Fərid Mehdiyev
- Baxış: 285