KepezTV Player
Həyat yoldaşının başını kəsib. Dəhşətli qətl hadisəsi Mingəçevir şəhərinin Xətai küçəsindəki yaşayış binasında qeydə alınıb. Şəhər sakini Kənan Əzizov qısqanclıq zəminində aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı Günel Əzizovanı bıçaqlayaraq öldürüb. İki uşaq anası olan qadının canına qıyan ər hadisə yerindən qaçsa da, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq, istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 754