KepezTV Player
Şəmkirin Çaylı kəndində noyabrın 17-si rayon sakini, piyada Yalçın Məmmədovu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəmkir polisinə məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunan Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq polis şöbəsinə gətirilib.
- Baxış: 618