• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 30.11.2022 16:20

Baş Qərargah rəisi ABŞ Milli Qvardiya Bürosunun rəhbəri ilə görüşüb

KepezTV Player

Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin 1-ci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi Deniel Hokanson ilə görüşüb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.