• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 17.10.2022 16:15

Prezident səfirlər təyin edib

KepezTV Player

Elçin Tələt oğlu Bağırov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Elçin Bağırov Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfir təyin edilib. Dövlət başçısı Mahir Məmməd oğlu Əliyevin ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə də sərəncam verib. Prezidentin sərəmcamları ilə Tural Anar oğlu Rzayev Misir və eyni zamanda Sudanda fövqəladə və səlahiyyətli səfiri, Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb və Əlcəzairdə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Ölkə başçısının digər sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycanın Misirdə fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Azərbaycan Prezidenti Fikrət Fərman oğlu Axundovun Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması, Rəhman Sahib oğlu Mustafayevin ölkəmizin Niderlandda, İlqar Yusif oğlu Muxtarovun isə Vatikanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Növbəti sərəncamlarla Rəhman Sahib oğlu Mustafayev Fransa, eyni zamanda Vatikan və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, Leyla Yaşar qızı Abdullayeva Fransada fövqəladə və səlahiyyətli səfir təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.