KepezTV Player
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçi qəbul edib. Görüşdə Azərbaycanla Federasiya arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olunub. Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə də toxunulub. Gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparılıb.
- Baxış: 367