• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 29.09.2022 16:19

Şəhid Yunis Kazımovun xatirəsi anılıb

KepezTV Player

Şəhid Yunis Kazımovun xatirəsi doğum günündə anılıb. 44 günlük Vətən müharibəsində şücaət göstərib düşmənə layiqli cavab verən igid iki dəfə yaralansa da sağalaraq Vətənə xidmətini davam etdirib. Yunis Kazımov hərbi təcrübəsi və şücaəti ilə 6 il Azərbaycan orudusunda Xüsusi təyinatlı qüvvələrinin baş leytenantı kimi fəaliyyət göstərib. Döyüşlərdə fəal iştirakı ilə seçilən leytenant sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə düşmən təxribatının qarşısını alarkən şəhadətə qovuşub. 4 aylıq oğlu isə Vətənə əmanət qalıb. Yunis Kazımovun 44 günlük vətən müharibəsindəki qəhrəmanlığı "Cəbrayıl, Şuşa, Xocavədin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə qiymətləndirilib.