• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 27.09.2022 16:25

Əkilən ağaclarla şəhidlər yad edilib

KepezTV Player

Gəncədə anım tədbirləri çərçivəsində Ermənistanın raket zərbəsinə tuş gələn ərazilər də ziyarət edilib. Düşmənin Vətən müharinbəsində bir neçə dəfə hədəf aldığı şəhərin 26 sakininin bu nankor hücumlar nəticəsində şəhid olduğu vurğulanıb. Dağıntılar baş verdiyi əraziyə tər çiçəklər düzülərək dünyasını dəyişənlərə allahdan rəhmət dilənib. Eləcə də şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Gəncədə ağacəkmə aksiyası da baş tutub. Şəhərin qərb istiqamətdən girişində, Nizami məqbərəsinin ətrafında həmişəyaşıl ağaclar əkilib.