• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2429
— 27.09.2022 09:55

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib

KepezTV Player

Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir. Dövlət başçısı əlavə edib ki, münasibətlərin gündəliyi kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. "Həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük" - Azərbaycan Prezidenti vurğulayıb.