• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 26.06.2022 20:33

Qafqaz İslam Ordusunun xatirəsi əbədiləşdirilib

KepezTV Player

26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Gəncədə Qafqaz İslam Ordusunun xatirəsinə ucadılan abidənin açılışı olub. Şəhər rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfiri, Türkiyənin Gəncədəki Baş Konsulu, millət vəkilləri və şəhər ictimaiyyətinin  iştirak etdiyi mərasimdə çıxış edənlər 1918-ci ildə Azərbaycan torpaqlarında bolşevik və erməni işğalının, qırğınların qarşısının alınması məqsədi  Osmanlı dövlətinin Qafqaz İslam Ordusunu göndərməsindən danışıblar.Bildirilib ki, Nuri Paşanın başçılıq etdiyi dəstə  ilk olaraq  Gəncəyə gəlir və burada qərargah qurur. Çox qısa zamanda 12 minlik ordu yaranır. Həmin vaxtı gedən döyüşlərdə şəhidlər də olur. Şah Abbas məscidinin qarşısında bu ilin may ayının əvvəlində bünövrəsi qoyulan və inşası bu günlərdə başa çatan bu abidə də həmin şəhidlərə ithaf edilib və şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa olunub. Abidənin açılışından sonra Azərbaycan Milli Elmlər Akademiyyasının Gəncə Bölməsi tərəfindən nəşr edilən "Türkiyə-Azərbaycan əbədi amal birliyinin Gəncə səhifələri"adlı nəşr də qonaqlara təqdim edilib. Ardından Azərbaycan-Türkiyə qardaşlığına aid mahnılar səsləndirilib.

Cahit Bağçı Türkiyənin Azərbaycandakı səfiri: Abidə Gəncədə şəhid olan 13 əsgərə aiddir. Bilirik ki, Azərbaycanın bütün torpaqlarında Qafqaz İslam Ordusunun şəhidləri qardaşları ilə eyni məzarda yatırlar. Tək millət iki dövlət, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir sözlərinin əslində timsalı Çanaqqalada çiyin-çiyinə vuruşan Qafqaz İslam Ordusundan Gəncədən Bakıya kimi işğal üçün mübarizə aparan anadolu övladlarının çiyin-çiyinə mübarizəsinin adıdır.