• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 27.05.2022 13:03

İki minə yaxın gənc tələbə adı ilə vidalaşıb

KepezTV Player

Gəncə Dövlət Universitetində bu il ali məktəbi bitirən bakalavr və magistrlər üçün “Məzun günü” təşkil edilib. Çıxışlarda məzun olan 1928 nəfərə ölkəmizə layiqli vətəndaş olmaq, yiyələndikləri ixtisaslar üzrə peşəkar kadr kimi fəaliyyət göstərmək arzulanıb. Qalib xalqın məzunlarının həmişə dövlətimiz, xalqımız və qəhrəmanlarımızla qürur duymaları tövsiyyə olunub.Vətən müharibəsində şəhid olan qəhrəmanların, o cümlədən Gəncə Dövlət Universitetinin 16 şəhid məzununun xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Universitetin tədris ilində əldə etdiyi nailiyyətlərdən danışılaraq, beynəlxalq konfransların təşkili, xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, müəllim-tələbə mübadiləsi istiqamətində addımların atıldığı xatırladılıb. Məzun günündə universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunub və konsert təşkil edilib. Universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqs qruplrının çıxışları alqışlarla qarşılanıb.