• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 26.05.2022 17:13

Çin Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir

KepezTV Player

 "Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. Mən münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm". Bu sözlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alır. Çin lideri diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməyə hazır olduğunu da ifadə edib.