• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 26.05.2022 14:55

İctimai nəzarətin gücləndirilməsi mexanizmləri müzakirə edilib

KepezTV Player

Gəncədə “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransı keirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən tədbirdə region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətinə nəzər salınıb, konfransın kommunikasiyanın qurulmasına təkan verəcəyi bildirilib. QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələrin formalaşdığı, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə toxunulub. Bu təsisatların inkişafı üçün maarifləndirmə işinin aparılmasına ehtiyac olduğu vurğulanıb. Qubadan sonra Gəncədə keçirilən bu konfransın faydalı olacağı və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcəyinə əminlik ifadə olunub. İnteraktiv müzakirələr əsasında davam edən tədbirdə təkliflər dinlənilib, suallar cavablandırılıb. İctimai şura üzvləri üçün mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyi vurğulanıb.