• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 09.04.2022 15:28

Salyanda narkotacir saxlanılıb

KepezTV Player

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Radim Cəfərov rayon ərazisində saxlanılıb.Həmin şəxsin üzərinə keçirilən baxış zamanı 4 kiloqrama yaxın narkotik maddə heroin və 400 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs bir müddət əvvəl xarici ölkələrdən birinin vətəndaşı ilə əlaqəyə girərək, satmaq məqsədi ilə ondan narkotik vasitələr istəyib. Daha sonra isə ona narkotik vasitələrin Salyan rayonu ərazisində gizlədildiyi yer bildirilib və R.Cəfərov bu maddələri götürmək üçün qeyd edilən rayon ərazisinə gəlib. Həmin maddələri gizlədildiyi yerdən götürüb aparan zaman isə onu polislər saxlayıblar. Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.