KepezTV Player
Nazirlər Kabineti Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və təminat normasını altı ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək. Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Dövlət başçı “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə də fərman imzalayıb. Nazirlər Kabinetinə ölkə ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü qaydalarını təsdiq etmək üçün dörd ay vaxt verilib.
- Baxış: 605