• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 04.03.2022 11:45

MN azad olunmuş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb

KepezTV Player

Azad olunan ərazilərdə mühəndis işləri davam etdirilir. Ordumuzun Mühəndis Qoşunlarının hissə və bölmələri nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolları minalardan və qar örtüyündən təmizləyir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur. Fevralın 1-dən martın 3-dək 870 hektardan artıq ərazi tam təmizlənib, 227 ədəd mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib. Ümumilikdə azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri 14365 hektardan artıq ərazini tam təmizləyib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə və 9231 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq məhv edilib. Əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Tədbirlər davam etdirilir.