• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 23.02.2022 12:16

Prezident Mişustinlə görüşüb

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub. Prezident Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb. Rusiyanın 70-dən çox subyektinin Azərbaycanla əməkdaşlıq etdiyini deyən Mişustin həmçinin vurğulayıb ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Prezident İlham Əliyev isə bildirib ki, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm bölgədə etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı şərait yaradır.