• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 22.02.2022 12:27

Narkotik satan və alan şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Nəsimi Abbaszadə saxlanılıb. Üzərindən heroin aşkarlanan şəxs narkotik maddəni qonşusundan aldırdığını bildirib.<br>Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Abbaszadəyə narkotik maddəni 70 manata satan Şəmkir rayon sakini  Sabir Yusifov saxlanılıb. Üzərindən narkotik vasitə aşkar edilən Sabir Yusifovun yaşadığı fərdi yaşayış evindən isə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.&nbsp;Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.