Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.12.2025 15:43
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub
Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 8 şəhər, 18 kənd və qəsəbə rabitə xidmətləri ilə təmin olunub, 6843 abunəçi sabit internetdən istifadə edir. Bu barədə “Aztelekom”-dan bildirilib. İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı infrastruktur layihələri icra olunur. Layihənin 2025-ci il mərhələsində 25 şəhər və rayonlararası magistral xəttin tikintisi nəzərdə tutulmuşdu, bu istiqamətdə işlərin böyük hissəsi artıq yekunlaşıb. Ümumi uzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgənin davamlı və təhlükəsiz rabitə təminatını gücləndirəcək.
- Baxış: 45
