Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.12.2025 15:44
XİN: Aİ-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik sənədi Azərbaycanla sülh gündəliyinə ziddir
Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə imzalanmış “Aİ–Ermənistan Strateji Gündəliyi”nə münasibət bildirib. Qeyd olunub ki, növbəti 7 il üçün nəzərdə tutulan sənəddə Azərbaycanın hədəfə alınması qəbuledilməzdir və bu yanaşma Bakı–Aİ münasibətlərinə mənfi təsir göstərir. XİN vurğulayır ki, ölkəni könüllü şəkildə tərk etmiş ermənilərə “hərbi əməliyyatlardan sonra köçkün düşmüş Qarabağ erməniləri” və “qaçqın” kimi istinad olunması açıq qərəzdir. Bildirilir ki, sənəddə Beynəlxalq Ədalət Məhkəməsinə dair müddəalar da Ermənistanın Azərbaycana qarşı iddialarını əks etdirir və ikitərəfli məsələlərin üçüncü tərəfə daşınması məntiqsizdir.
- Baxış: 45
