• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 17.01.2022 19:25

Kənd məktəbi müasir tələblər səviyyəsində

KepezTV Player

Qazaxda Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi üçün yeni bina inşa edilib. “Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 220 şagird yerlik tədris ocağı qapılarını müəllimlərin və şagirdlərin üzünə açıb. 2 mərtəbədən ibarət binada 18 sinif otağı, fizika,  kimya və biologiya laboratoriyaları, hərbi hazırlıq kabineti, kitabxana, akt və idman zalları, buffet və  tibb otağı müasir tələblər səviyyəsində qurulub. Məktəbin həyətində futbol meydançası salınıb, mərkəzi istilik sistemi üçün qazanxana tikilib. Yeni binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığı bildirilib. Qazaxda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq 11 məktəb binasının əsaslı təmiri və ya tikintisinin həyata keçirildiyi vurğulanıb. Heydər Əliyev Fondu tərəfindən İsmayıl Şıxlı adına 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət təmayüllü məktəb-lisey üçün yeni binanın tikilməsi bu diqqət və qayğının davamı kimi dəyərləndirilib.