Qurban Qurbanov: “Buraxılan qollardan sonra futbolçularımız özlərini ələ ala bilmədilər”
"Qarabağ" futbolçuları "Nyukasl"la matçda buraxılan qollardan sonra özlərini ələ ala bilməyiblər.Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.Mütəxəssis böyük hesabla məğlub olduqları qaşrılaşmanı şərh edib:SİNXRON: Qurban Qurbanov- "Qarabağ"ın baş məşqçisi:“Əfsuslar olsun, belə bir məğlubiyyət oldu. Əlbəttə ki, istəməzdik doğma meydanda, azarkeşlərimizin önündə bu cür nəticə ilə üzləşək. Amma bu, böyük futboldur. Fikirlərimdə həmişə bildirmişəm ki, istənilən oyunda belə nəticələr ola bilər. Xüsusən də bu səviyyədə – Çempionlar Liqasında. Bu tam başqa səviyyədir və böyük məğlubiyyətlər qaçılmazdır. İlk dəqiqələrdən futbolçularımız, ola bilər ki, böyük zərbə aldılar. İlk qol, sonra ikinci qol, daha sonra penalti – boks termini ilə desək, sanki nokauta düşdülər və özlərini ələ ala bilmədilər. Amma bu, qarşımızdakı rəqibin gücünü də göstərirdi. Buna baxmayaraq, biz ruhdan düşməməliyik. Belə məğlubiyyətlər qaçılmazdır. Pozitiv baxmalı, daha diqqətli və ciddi hazırlaşmalıyıq”.
- Baxış: 30
