• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 17.01.2022 19:12

Buster dozaya görə narahatlığa əsas yoxdur

KepezTV Player

Son bir neçə gündür ölkədə koronavirusa yoluxma hallarında artım müşahidə edilir. Belədə yenə ilk ağıla gələn vaksinasiya prosesidir. COVİD-19 xəstəliyinə tutulmamaq üçün peyvənd olunmaq vacibdir. Ancaq son zamanlar vaksin vurduranlar arasında narahatlıq keçirənlər müşahidə edilməkdədir. Bunun niyəsini qarşıdakı süjetdə biləcəksiz.

Azərbaycanda koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlərin başında gələn vaksinasiya prosesi ötən ilin yanvarından tətbiq olunur. Bu xəstəliyə yoluxmamaq və ya yüngül keçirmək üçün həyata keçirilən vacib prosedir. Əvvəlcə vaksin 2 dozada vuruldu. Sonradan mütəxəssislər yoluxma saylarının artmasını və yeni ştamların yaranmasını görüb, 3-cü və hətta 4-cü dozaya ehtiyac olduğunu bildirdilər. Buster, yəni gücləndirici dozanı qəbul edənlər arasında isə vaksinin təsirindən orqanizmdə bəzi narahatlıqlar yaranır ki, bu da insanları təşvişə salır. Fiziki rahatsızlıqla bərabər, bəzən psixoloji cəhətdən də insanlar 3 və 4-cü doza peyvəndi qəbul etdikdən sonra hər hansı bədən nahiyəsinin ağrıdığını vaksinlə əlaqələrdirirlər. Bunun səbəbini tibb sahəsində çalışanlar belə izah edirlər.

Gəncədə 3 və 4-cü dozayla bağlı dinakima müsbətdir. Xəstəliyin doğura biləcəyi fəsadların qarşısı almaq üçün gücləndirilmiş dozanı vurduran şəhər sakinləri arasında artım var. Buster doza, həmçinin yeni yaranan Omikron ştammına qarşı da effektiv mübarizə vasitəsi hesab edilir.

Gəncədə ümumi olaraq 320 minə yaxın əhali vaksin olunub. Sakinlərin təxminən 34 mini 3-cü doza peyvəndi qəbul edib.