KepezTV Player
11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın Milli parklarında “Açıq qapı” günü keçirilib. Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunan bu tarix ölkəmizdə 10 milli park və 10 dövlət təbiət qoruğu üçün də keçərlidir. Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl milli parkının mənzərəli təbiətini, füsunkar gözəlliyini görmək istəyən yerli və xarici ziyarətçilər də bu gün buraya üz tutublar. Həmçinin Ziyarətçilər Milli Parka giriş haqqından azad ediliblər.
- Baxış: 506