• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 09.12.2021 20:26

Polis narkotacirlərə qarşı əməliyyat keçirdi, 22 nəfər saxlanıldı

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt ərazisində  əvvəllər məhkum olunmuş Azər Qasımovu saxlayıblar. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 12 kiloqram narkotik vasitə, o cümlədən 10 kiloqram heroin, 2 kiloqram metamfetamin və elektron tərəzi aşkar edilib.

Ricad Babayev və tanışı Samir Təhməzov da saxlanılıblar. Onların üzərindən və istifadə etdikləri avtomobildən nar kisələrində qablaşdırılan 9 kiloqram heroin və metamfetamin, 580 ədəd metadon, eləcə də preqabalin həbi götürülüb.

Daha əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Röyal İsgəndərov saxlanılıb. Cəfərzadənin üzərindən və yaşadığı evdən 10 kiloqram heroin, metamfetamin, marixuana, tiryək və elektron tərəzi,İsgəndərovun üzərindən və yaşadığı evdən isə 3 kiloqram heroin, tiryək, metamfetamin aşkar edilib.

Adları sadalanan 5 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri qəbul edərək satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər.

Baş İdarə əməkdaşlarının Bakı şəhəri və Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı daha 11 nəfər saxlanılıb. Bu şəxslərdən 5 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının Gəncə şəhəri, Yevlax, Cəlilabad və Masallı rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb. Onlardan 2 kiloqram müxtəlif növ narkotik maddə, elektron tərəzilər və satış zamanı istifadə etdikləri bank kartları götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.