KepezTV Player
Gənc nəslin təlim tərbiyyəsi sayəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Gəncədəki orta məktəblərin 9 qabaqcıl müəllimi Təhsil Nazirinin əmri ilə fəxri fərmanla təltif edilib. Təhsil idarəsi tərəfindən həmin pedaqoqlara fəxri fərmanların təqdim edilib. Tədbirdə müəllimin hər zaman şagirdlərin yüksək bilik əldə etməsi üçün çalışdıqlarından danışılıb. Belə fədakar müəllimlərin əməyinin yüksək səviyyədə qiymətləndirilməsi isə daim diqqətdə saxlanılır. Tədbirdə Təhsil Nazirinin əmri ilə təltif edilən 9 müəllimə fəxri fərmanlar təqdim edildikdən sonra şagirdlərin müəllimlərə aid hazırladıqları ədəbi kompazisiya nümayiş etdirilib, şerlər səsləndirilib.
- Baxış: 598