• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2460
— 22.10.2021 20:51

"Vətən müharibəsində beynəlxalq media orqanları Ermənistanın xəbər agentlikləri kimi hərəkət etdi"

KepezTV Player

Necə ki, müdafiə sənayesi və hərbi məsələlərdə tamamilə əcnəbilərə bel bağlamırıqsa, media məsələlərini də başqalarına həvalə edə bilmərik. Digər strateji məsələlərdə olduğu kimi media və kommunikasiya mövzusunda da özümüz tədbirlər görməliyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib. Ərdoğan Vətən müharibəsi zamanı beynəlxalq medianın ikili mövqeyindən də danışıb.

"21-ci əsrdə bu qədər dağıntılar törətmək ağlasığan deyil"

Vətən müharibəsində qələbədən sonra Azərbaycanın qarşısında yeni bir məqsəd durur və bu da Qarabağın yenidən qurulması və bərpa olunmasıdır. Bunu isə Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda Türk Şurasının Media forumunda çıxışı zamanı deyib.Qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi 30 ilə qədər müddətdə erməni işğalı altında olduğu zaman şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb.