• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 10.10.2021 20:39

Şəhid Röyan Hüseynovun şəhadətə ucaldığı gündür

KepezTV Player

Bu gün Gəncədə Vətən müharibəsi şəhidi Röyan Hüseynovun anım mərasimi keçirilib. 2001-ci ildə Gədəbəy rayonunda anadan olan qəhrəmanımız müharibə başlayanda hərbi xidmətdə olub. O, Fizuli, Cəbrayıl, Xocavənddə gedən döyüşlərdə şücaət göstərib. Hadrut  qəsəbəsinin azad edilməsi uğrunda keçirilən döyüş zamanı düşmən snapyerinin atəşi nəticəsində şəhid olub. Ölümündən sonra Vətən uğrunda, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Vətən fədaisi Mirhüseyn Seyidzadənin anım mərasimi olub

Gəncədə Vətən üçün canını fəda edən daha bir igidin - Mirhüseyn Seyidzadənin də anım mərasimi olub. Vətən fədaisinin sevənləri və yaxınları onu şəhadətə ucaldığı gündə yad ediblər. 3 il müddətdən artıq  hərbi xidmət qulluqçusu olan Mirhüseyn 14 gün müddətində düşmənə ağır zərbələr endirərək, Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Cəbrayıl rayonunun işğaldan azad olunması zamanı qəhrəmancasına şəhid olan hərbçi Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni, Vətən uğrunda, Cəbrayıl, Qubadlı, Laçının azad olunmasına görə medalları ilə təltif olunub.