• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 20.09.2021 12:23

Yaşayış Kompleksi tezliklə vətəndaşlara təklif ediləcək

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı ilə bağlı tezliklə elan veriləcək. Bu, Agentliyin regionda inşa etdiyi ilk yaşayış kompleksdir. Azərbaycan Bayrağı küçəsində 6,23 hektar ərazidə yerləşən layihə 12 doqquzmərtəbəli və 6 onikimərtəbəli olmaqla 18 yaşayış binasında ümumilikdə 986 mənzil var. Bunun 48-i birotaqlı, 68-i studio tipli, 318-i ikiotaqlı, 466-sı üçotaqlı, 86-sı isə dördotaqlıdır.<br>Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olmaqla, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" mənzillərə sahib olduğu andan sakinlərə təqdim olunacaq. Ərazidə yaşayış binaları ilə yanaşı, 1176 şagird yerlik orta təhsil məktəbi və 125 yerlik uşaq bağçası inşa edilib. Ötən tədris ilində tam orta məktəb binası, eləcə də, sakinlər üçün istirahət guşələri yaradılıb, geniş həyətlər, uşaq oyun meydançaları istifadəyə verilib.