• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2094
— 16.09.2021 20:30

Gəncə Futbol Veteranları Birliyinə yeni sədr seçilib

KepezTV Player

Gəncə Futbol Veteranları Birliyinin iclası keçirilib. Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin də iştirak etdiyi tədbirdə gəncəli veteran futbolçular yerli təşkilata sədr seçiblər. Müzəffər Qasımovun vəfatından sonra boş qalan postu Tofiq Məmmədov tutub. O, səsvermə zamanı yekdilliklə Gəncə Futbol Veteranları Birliyinin yeni sədri seçilib. Tədbirdə sədrin müavinləri də müəyyənləşib. "Kəpəz"in sabiq futbolçusuna vaxtilə Gəncə klubunun uğurları üçün çalışan Əli Rəhimov ilə Firuz Qulami kömək edəcək.Görüşdə çıxış edən keçmiş oyunçular Gəncə futbolunun bu günkü durumuna toxunaraq üzv olduqları birliyin ölkənin ikinci böyük şəhərində bu idman növünün inkişaf etdirilməsində mühüm rol oynamalı olduğunu diqqətə çatdırıblar.