• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 25.08.2021 19:35

Məsləhət Mərkəzləri abituriyentlərin köməyinə gəlir

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2020-2021-ci tədris ili üçün müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimini həyata keçirir. Avqustun 20-dən başlayan seçim turunun 30-dək davam edəcəyi nəzərdə tutulub. Qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərin qarşısında “düzgün ixtisas seçmək” kimi əhəmiyyətli bir məsələ durur. Bunun üçün ödənişsiz əsaslarla fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin köməyinə gəlir. Xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər  haqqında köməklik göstərirlər. Abituriyent Məsləhət Mərkəzləri həftənin 5 günü  saat 10-dan 17-dək fəaliyyət göstərir.