• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1742
— 19.08.2021 12:22

Bir qrup Şuşa sakininin Şuşa şəhərinə səfəri başlayıb

KepezTV Player

Bir qrup Şuşa sakininin Mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri başlayıb. Şuşalılara şəhəri gəzmək, 30 il əvvəl ermənilər tərəfindən işğal edilən evlərini ziyarət etmək imkanı yaradılacaq.

Səfər zamanı şuşalılar həm də aparılan yeni quruculuq, bərpa işləri ilə tanış olacaqlar. Sakinlər şəhərdə yerləşən erməni vandalları tərəfindən dağıdılmış tarixi, dini və mədəni abidələri ziyarət edəcəklər.