KepezTV Player
Bu gün məhərrəm ayının 9-u Tasua, sabah isə 10-cu günü Aşuradır. Dünyada, eləcə də ölkəmizdə hökm sürən koronavirus pandemiyasından irəli gələrək məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlər və mərasimlər karantin qaydalarına uyğun olaraq keçiriləcək. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması məqsədi daşıyır. Dini ayinlər də operativ qərargahın qayda və tövsiyələrinə riayət olunması şərti ilə yerinə yetiriləcək. Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasovun sözlərinə görə, məhərrəmlik dönəmində ən münasib əzadarlıq qan vermə hesab edilir.
- Baxış: 675