• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 10.08.2021 20:37

44 günlük müharibənin qəhrəmanının 44-cü doğum günü

KepezTV Player

44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan qəhrəmanımızın onsuz keçən 44-cü doğum günü idi... Söhbət şəhidimiz Azad Abbaovdan gedir.

4 övladını Azərbaycan xalqına əmanət qoyan şəhid Azad Abbasov 1977-ci ildə dünyaya göz açıb. Çoxuşaqlı ailədə böyüyən şəhidimizin özündən başqa 2 qardaşı da hərbçi olub. Onlardan biri dünyasını dəyişsə də, digəri Vətənə xidmətini davam etdirir. ...Vətən müharibəsində ilk günlərdən döyüşə atılan Azad Abbasov hər zaman ən öndə gedib. Vətənə olan sevgisi isə onun ən ali zirvəyə yüksəldir.

Şəhid Azad Abbasov 1995-ci ildə həqiqi hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Azərbaycan Ordusunun sıralarında qalmaqda davam edib. Vətən müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.

Şəhiddən Vətənə yadigar qalan 4 gül bala - Zəhra, Xədicə, Muraz və Araz ata kəliməsinə həsrət, amma qürurla böyüyürlər. Çünki onların atası tarix yazan bir qəhrəmandır. Sonbeşik Araz atasının şəhadətindən sonra dünyaya gəlib.

Ailənin qonağı olanda Şəhidimizin cənnətdəki ilk doğum günü idi. Doğmaları Azad Abbasovun 44 yaşını məzarı başında onsuz qeyd edirdi.

Şəhidimizin nəşi uzun müddətdən sonra tapılaraq ailəsinə təhvil verilib. Azad Abbasov ötən il dekabrın 19-da Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Prezident ilham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda","Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Qəbrin nurla dolsun şəhidim...

Nərgiz Əhmədqızı