Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni resident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib.Ceyhun Bayramov ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi təcavüz siyasəti və onun nəticələri, Ermənistanın davam edən hərbi təxribatları və cavab əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, beləliklə də BMT TŞ-nin qətnamələrinin icrasının təmin edilməsi barədə qarşı tərəfə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması, əməkdaşlığın qurulması imkanlarının yarandığı qeyd edilib. Lakin Ermənistan tərəfindən hələ də bu məsələlərdə qarşılığın verilmədiyi və beynəlxalq hüquqa zidd yanaşmanın nümayiş etdirildiyi təəssüflə vurğulanıb.
- Baxış: 411