• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1834
— 04.06.2021 15:52

"Kəpəz" MTRŞ jurnalistlərin Kəlbəcərdə minaya düşməsi ilə bağlı bəyanat verib

KepezTV Player

"Kəpəz" Müstəqil Teleradio Şirkəti həmkarlarımızın - AZTV və AZƏRTAC əməkdaşlarının Kəlbəcərdə minaya düşərək həlak olmaları ilə bağlı bəyan edir ki, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritə və sxemlərini bugünədək verməməsi işğalçıların Azərbaycan xalqına qarşı cinayət əməllərinin davamı kimi qiymətləndirilir. Ermənistan tərəfi bu hərəkəti ilə beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini heçə saydığını açıq-aşkar şəkildə nümayiş etdirir. KİV nümayəndələri olaraq beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq media qurumlarını Ermənistanın bu hərəkətlərini sərt şəkildə qınamağa, regional sülh və sabitliyin, təhlükəsizliyin təmin olunması baxımından rəsmi İrəvandan mina xəritələrinin Azərbaycana verilməsini tələb etməyə çağırırıq. "Kəpəz" Müstəqil Teleradio Şirkəti Kəlbəcərdə minaya düşərək həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralılara şəfa arzulayır!